AZ

Türkiyədə zəlzələ oldu

Vətəninfo.az xəbər verir ki, Türkiyə  Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) Malatyanın Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.

AFAD-ın məlumatına görə, 10.46-da baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.

Daxili işlər naziri Əli Yerlikaya bildirib ki, AFAD və aidiyyatı qurumların bütün qrupları dərhal ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı çöl araşdırmalarına başlayıb.

Yerlikaya zəlzələdən sonra ilk təsbitlərə görə heç bir neqativ hal olmadığını və alınan bildirişlərin qiymətləndirildiyini bildirib.

Seçilən
29
50
veteninfo.az

10Mənbələr