AZ

İri dövlət şirkətinin sədrinə yeni müavini təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.

Qeyd edək ki, Arif Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.

Müxtəlif illərdə “ATL” Şirkətlər qrupu, “SAQA” gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.

Arif Ağayevin ADY-nin sədr müavini vəzifəsinə təyin edilməsi şirkətdə maliyyə və strateji planlaşdırma, əməliyyatların optimallaşdırılması, tərəfdaşlıq münasibətlərinin inkişafı və korporativ idarəetmənin yaxşılaşdırılması kimi sahələrə mühüm töhfə verəcək.

Yeni təyinat ADY-də uğurla davam etdirilən kadr islahatlarının, eləcə də şirkətdə peşəkar, xüsusilə beynəlxalq təcrübəyə malik şəxslərin karyera irəliləyişinə dəstək verilməsinin göstəricisidir.

Arif Ağayev
Seçilən
47
27
marja.az

10Mənbələr