AZ

“Finex Kredit” BOKT-un Səhmdarlarının - YIĞINCAĞI KEÇİRİLƏCƏK

16 dekabr 2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

FED.az bu barədə “Finex Kredit” BOKT-a xəbər verir.

Gündəlikdəki məsələlər:

1. Nizamnaməyə dəyişiklik edilməsi barədə müzakirə.

2. Səhmin alqı-satqısı barədə müzakirə.

3. Müşahidə Şurasının tərkibi barədə müzakirə.

4. Şirkətə maliyyə köməyinin edilməsi barədə müzakirə.

5. Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı günləri saat 12:00-dək tanış ola bilərlər.

Əlaqə telefonu – (+994 12) 440-56-15.

E-mail – [email protected]

Ünvan – Bakı şəhəri, S.Rüstəm küçəsi, 11.

Seçilən
20
2
fed.az

3Mənbələr