AZ

“Yeni Müsavat” Media Qrupundan APA-nın 20 illik yubileyi münasibətilə TƏBRİK  

"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 20 il keçir.

"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən, informasiya mübadiləsi aparır.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir.

Hörmətli APA Holdinq rəhbərliyi və kollektivi, “Yeni Müsavat” Media Qrupu olaraq sizi 20 illik yubiley münasibətilə ürəkdən təbrik edirik!

Bu illər ərzində APA Holdinq yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət prinsipləri əsasında cəmiyyətə dürüst informasiya çatdırmağı, medianın inkişafına töhfə verməyi öz missiyası olaraq yerinə yetirib.

Sizin yaradıcılıq və innovasiya ilə dolu fəaliyyətiniz Azərbaycan media məkanında əlamətdar iz buraxıb, informasiya sektorunda yüksək standartlar yaradıb. Bu uğurlu yolun hər bir anında, həmçinin ölkəmizin beynəlxalq arenada təbliğində göstərdiyiniz səylər xüsusi dəyərləndirilir.

Bu əlamətdar gündə sizə və bütün kollektivinizə yeni nailiyyətlər, yaradıcılıq uğurları və böyük inkişaf yolunda əzmkarlıq arzulayırıq. APA Holdinqin etibarlı informasiya mənbəyi kimi əldə etdiyi nüfuzun daha da artacağına əminik.

Təbrik edirik!

“Yeni Müsavat” Media Qrupu

Seçilən
47
musavat.com

1Mənbələr