Olaylar.az xəbər verir ki, bu barədə tribunalın saytında məlumat verilib.
Məhkəmə sənədlərinə əsasən, iş ABŞ-ın The New York Times nəşrinin şikayəti ilə bağlıdır. Nəşr daha əvvəl Ursula fon der Lyayen və Albert Bourla arasında koronavirus peyvəndlərinin alınması ilə bağlı yazışmaların açıqlanmasını tələb edib, lakin bu tələb rədd edilib. Avropa Komissiyası həmin yazışmaların rəsmi sənəd olmadığını və saxlanılmadığını bəyan edib.
The New York Times məhkəmədə bildirib ki, Avropa Komissiyası əsassız olaraq məlumatın mövcud olmadığını iddia edib. Nəşr AK-nı qeyri-şəffaf idarəetmədə günahlandırır.
Məhkəmənin qərarını bir neçə ay sonra elan edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31