AZ

İran hicabdan imtina edən qadınları müalicə etməyi planlaşdırır

İran hakimiyyəti Tehranda hicabın məcburi taxılması qanununu pozan qadınların müalicəsi üçün klinika açmaq planlarını açıqlayıb, “İran İnternational” xəbər verir.

“Bu mərkəz hicabın aradan qaldırılmasının elmi və psixoloji müalicə üçün, xüsusən də sosial və İslam kimliyinə can atan bir nəsil yeniyetmələr, gənclər və qadınlar üçün qurulacaq,” - quruma nəzarət edəcək qadın və ailə İşləri Departamentinin fəzilətin təşviqi və pisliyin qarşısının alınması üzrə rəhbəri Mehri talebi Darestani bildirib.

O, klinikaya baş çəkməyin könüllü olacağını deyib.

“The Guardian” qeyd edir ki, bu cür klinikaların açılması ilə bağlı açıqlama Tehran Universitetinin tələbələrindən birinin hicabın düzgün geyinilməməsi səbəbindən təzyiqlərə etiraz olaraq küçədə alt paltarına qədər soyunmasından az sonra baş verib. Yerli mətbuatın məlumatına görə, o, əvvəlcə həbs edilib, sonra isə psixiatriya klinikasına yerləşdirilib.

İranda bütün qadınlar saçlarını çadra ilə örtməli və boş paltar geyinməlidirlər. Hazırda ölkə parlamenti hicab geyinmə qaydalarını sərtləşdirən qanunu nəzərdən keçirir – birdəfəlik pozuntuya görə hakimiyyət təxminən 50 dollar, təkrar pozuntuya görə – 400 dollara qədər cərimə tətbiq etmək istəyir.

Almaz Həsənli

Seçilən
37
oxumeni.az

1Mənbələr