AZ

"Azərpoçt": Poçt xidməti iqlim dəyişikliyi riskləri ilə daha çox üzləşir

Poçt xidməti iqlim dəyişikliyindən irəli gələn risklərlə daha çox üzləşir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" adlı tədbirdə bildirib.

"İqlim dəyişikliyi həyatımızın bir çox sahələrinə, o cümlədən vacib xidmətlərə təsir edən böyük problemdir. Belə xidmətlərdən biri də çox vaxt az diqqət yetirilən poçt əməliyyatlarıdır. Poçt xidməti vacib kommunikasiya, ticarət və sosial xətdir, lakin iqlim dəyişikliyindən irəli gələn risklərlə daha çox üzləşir. Ekstremal hava şəraiti poçt infrastrukturunu məhv edə, obyektlərə ziyan vura, çatdırılma marşrutlarını poza bilər. Bu problemlər xüsusilə kənd yerlərində böyük sosial-iqtisadi problemlərə səbəb ola bilər. Məsələn, 2019-cu ildə Avstraliyada meşə yanğınları və 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələlər bir çox poçt şöbələrini məhv dağılmasına və bağlanmasına səbəb olub" - o vurğulayıb.

Poçt rəsmisinin sözlərinə görə, bu problemlərin həlli üçün poçt xidmətinə dair yanaşma bəzi çətinliklərlə üzləşib: "Birincisi, infrastrukturun təkmilləşdirilməsi üçün investisiya tələb olunur. İkincisi, bir çox poçt xidmətləri məhdud büdcə ilə fəaliyyət göstərir və bu da iqlimə uyğunlaşma üçün resursların ayrılmasını çətinləşdirir. Problemi həll etmək üçün poçt operatorları bəzi potensial strategiyalardan istifadə edirlər. Bunlardan biri diversifikasiyadır. Bağlama çatdırılması, logistika və maliyyə xidmətləri kimi yeni xidmətlərin genişləndirilməsi əlavə gəlir əldə etməyə kömək edə bilər. İkinci strategiya texnoloji adaptasiyadır. Avtomatik çeşidləmə maşınları, izləmə sistemləri, elektrik nəqliyyat vasitələri kimi qabaqcıl texnologiyalara investisiya qoymaq səmərəliliyi artıra, xərcləri azalda bilər. İqtisadi şirkətlər və çatdırılma tərəfi də daxil olmaqla digər biznes və təşkilatlarla tərəfdaşlıq və əməkdaşlıq yeni imkanlar yarada bilər. Maliyyə yardımı kimi dövlət dəstəyi poçt xidmətlərinə daha çox infrastruktur problemini həll etməyə kömək edə bilər".

Seçilən
40
2
far.az

3Mənbələr