AZ

Paşinyan Kirantsdakı vəziyyətlə bağlı mer və MTX rəhbərini dindirdi

"Dünən və ya srağagün parlamentdə belə bir müzakirə oldu ki, mal-qara sərhədin Kirants bölgəsindən qarşı tərəfə keçir. Bu, məni çox təəccübləndirdi". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Düzünü desəm, bunun necə baş verə biləcəyini yaxşı başa düşmədim. Yəqin ki, bu, hələ ərazinin sərhəd infrastrukturu ilə təchiz olunmayan hissəsində baş verə bilər. Cənab qubernator, bununla bağlı hansı məlumatı verə bilərsiniz, yəni orada problem varmı, problem yaranıb, yoxsa orada yaranır"?

Tavuş qubernatoru Hayk Qalumyan qeyd edib ki, sərhədin demarkasiyası başa çatdıqdan sonra, sərhədin son təchiz edilməsindən, yəni tikanlı məftillərin çəkilməsindən əvvəl bir neçə belə hal olub və bütün hallarda heyvanlar geri qaytarılıb: "Bu, insanların diqqət mərkəzində deyil, çünki bütün işlər müsbət həll olunub".

Paşinyan Qalumyana cavabında deyib: "Yəni hadisə baş verib, müsbət həllini tapıbmı, bu yaxşı cavab deyil. Demək istəyirəm ki, heyvan tikanlı məftildən necə keçə bilər?"

Qubernator qeyd edib ki, hadisələr tikanlı məftil çəkilməzdən əvvəl qeydə alınıb.

Paşinyan bu məsələni Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandan da soruşub: "Mal-qaranın keçidi tikanlı məftil çəkilməzdən əvvəl baş tutub. Bundan sonra bizim heç bir insidentimiz olmayıb". 

Ağarza Elçinoğlu 

Seçilən
36
50
unikal.az

10Mənbələr