AZ

Aİ Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirəcək -Orban

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməlidir, çünki bu sanksiyalar enerji qiymətlərinin artmasına səbəb olur və Avropanın rəqabət qabiliyyətini zəiflədir.

Redaktor.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Aİ liderləri noyabrın 8-də Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Avropanın rəqabət qabiliyyətliliyinə dair bəyannamə qəbul ediblər.

Sənəd neft, qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına yönəlib.

"Enerji qiymətləri bütün mümkün yolla aşağı salınmalıdır. Bu o deməkdir ki, Rusiyaya qarşı sanksiyalar əsaslı şəkildə nəzərdən keçirilməlidir, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri aşağı düşməyəcək", - Baş nazir bildirib.

Türkan İSGƏNDƏRLİ 
 

 

Seçilən
50
1
redaktor.az

2Mənbələr