AZ

İsrail 7 min ultra-pravoslav yəhudini hərbi xidmətəÇAĞIRIR

Qatil İsrailin müdafiə naziri Yisrael Katz 7 min ultra-pravoslav yəhudinin (Haredi) orduya çağırılması qərarının təsdiqləndiyini bildirib. 

Redaktor.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada nazir Katzın 7 min yəhudinin hərbi xidmətə çağırılması qərarını təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, onların hərbi xidmətə çağırılması ilə bağlı əmrlər 17 noyabr bazar günündən etibarən İsrail ordusu tərəfindən mərhələli şəkildə göndəriləcək.

Bəyanatda o da bildirilib ki, nazir Katz fəal, daimi və ehtiyatda olan hərbçilərin yükünü yüngülləşdirmək üçün ultra-pravoslavların İsrail ordusuna həqiqi inteqrasiyasını təmin edəcək həll yolunu təşviq etmək üçün bütün tərəflərlə dialoq aparmaq niyyətindədir.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
39
redaktor.az

1Mənbələr