AZ

Rusiya və Qərb məhbusları dəyişməyə hazırlaşır - Məşhur balerina da ABŞ-yə təhvil verilə bilər

Rusiya və Qərb arasında yeni məhbus mübadiləsi 2025-ci ilin fevralında baş tuta bilər. Bu barədə dövlətə xəyanətdə təqsirli bilinən balerina Kseniya Karelinanın vəkili Mixail Müşailov danışıb.

"Məndə olan məlumatlara görə, Kseniya Karelina mübadilə siyahılarındadır və proses 2025-ci ilin fevralında baş tutmalıdır", - vəkil qeyd edib.

Karelinanın ABŞ vətəndaşlığı var. 2024-cü ilin avqustunda Yekaterinburq məhkəməsi onu Ukraynanın “Razom Ukrayna” fonduna 52 dollar bağışladığına görə 12 il müddətinə azadlıqdan məhrum edib. Karelina istintaqda günahını etiraf edib.

Müşailov qeyd edib ki, mübadilə siyahısına daxil edilmiş digər siyasi məhbusların adlarını bilmir.

Noyabrın 14-də terrorizmə haqq qazandırdığına görə 5 il müddətinə azadlıqdan məhrum edilən sosioloq Boris Kaqarlitski növbəti mübadilə haqqında danışıb. O, rəsmilərdən mübadilə siyahılarına salınmamasını xahiş edib.

Rusiya və Qərb ölkələri 2024-cü ilin avqustunda genişmiqyaslı məhbus mübadiləsi həyata keçirib. Rusiya Qərbdə mühakimə olunan 8 rusiyalının müqabilində siyasi məhbuslar da daxil olmaqla 16 nəfəri Almaniya və ABŞ-a təhvil verib.

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr