AZ

BMT rusiyalı jurnalistlərin ölümünə niyə reaksiya vermir? - Açıqlama

 "Birləşmiş Millətlər Təşkilatı Ukraynadakı münaqişə zamanı rusiyalı jurnalistlərin həlak olması ilə bağlı xəbərləri təsdiq edə bilməz".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) ofisinin sözçüsü Renaud de Villaine deyib.

O, bildirib ki, problem sözügedən ərazilərə çıxışın olmamasıdır. Çünki Rusiya bu bölgələrə çıxışı təmin etmir.

"Ona görə də bu məsələ ilə bağlı alınan məlumatları təsdiq edə bilmirik", - deyə de Vilyain qeyd edib.

Gülşən Şərif

Seçilən
85
bakivaxti.az

1Mənbələr