AZ

Consona samuray qılıncı ilə hücum edən şəxs saxlanıldı

Noyabrın 12-də Britaniya parlamentinin qarşısında saxlanılan şəxs iki samuray qılıncı ilə silahlanmış şəkildə keçmiş baş nazir Boris Consonla danışmaq istəyib. 

“Cebheinfo.az” “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu barədə məhkəmədə prokuror Malaki Pakenhem bildirib.

İngiltərənin şərqindəki Mart şəhərində yaşayan 34 yaşlı Lyuis Ellinqton noyabrın 12-də günorta saatlarında Vestminster sarayı ilə üzbəüz küçədə saxlanılıb. Saxlanılan zaman onda samuray qılınclarından əlavə, gülləkeçirməz jilet də olub. Hadisə ilə əlaqədar olaraq qanunvericilik binasının əsas girişlərindən biri bir müddət mühasirəyə alınıb.

Ellinqton Vestminster Magistrates Məhkəməsinə apaırlıb, burada o, hücum niyyəti ilə iti silaha sahib olmaqda ittiham edilib. 

Məhbusun vəkili Norman Ço bildirib ki, müvəkkilinin heç kimə zərər vermək niyyəti olmayıb. Dinləmədən sonra Ellinqton dekabrda onun işi ilə bağlı ilkin dinləmə zamanı zaminə buraxılıb. Hakim Bryony Clarke onun Londona səfərini qadağan etdi və Peterboroughdakı tibb müəssisəsində nəzarətdə saxlanmasını əmr edib.

Seçilən
28
cebheinfo.az

1Mənbələr