Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qısaca olraq AYNA-nın apardığı islahatları öz nəticəsini verir. Bu gün Binə qəsəbəsi Koroglu metrostansiyasına qədər hərəkət edən “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus əsl şou nümayiş etdirib. Sürücü yolboyu manevrlər edərək hərəkət zolağında şou göstərib. Sərnişinlə dolu olan avtobusun bu cür anevr etməsi, sərnişinlərin ölümlə üz-üzə qoyulmasının məsuliyyətini kim çəkir? Yəqin ki, suallarımıza Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən və “Çinar-Trans” MMC-dən cavab verən olacaq.