AZ

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan birlikdə Xəzər dənizinin çirklənməsi məsələlərini həll edirlər - Rusiya Baş prokuroru

Bakı. Trend:

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan birlikdəXəzər dənizinin çirklənməsi məsələlərini həll edirlər.

Trend xəbər verir ki, bunuRusiya Baş prokuroru İqor Krasnov COP29 çərçivəsində Bakıdakeçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizəorqanlarının səfərbərliyi" adlı yüksək səviyyəli sessiyadabildirib.

"Biz Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olanhəmkarlarımızla birlikdə Xəzər dənizinin quruması və çirklənməsiməsələlərini, eləcə də, bu sahədə cinayətkarlıqla mübarizəni həlledirik", - deyə o qeyd edib.

Baş prokuror vurğulayıb ki, oxşar transsərhəd ətraf mühitinmühafizəsi proqramları Rusiya tərəfindən Çin və Monqolustanprokurorluqları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

"Rusiyada təbii ehtiyatların səmərəli istifadəsi ilə yanaşı,iqlim dəyişikliklərinə uyğunlaşma və antropogen təsirin azaldılmasıistiqamətində tədbirlər görülür", - İ.Krasnov bildirib.

O əlavə edib ki, Rusiya Prokurorluğu tərəfindən hər il ekolojiqanunvericiliyin 300 minə qədər pozuntusunun qarşısı alınır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
2
az.trend.az

3Mənbələr