AZ

Şimali Koreya pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacaq

Şimali Koreya lideri Kim Çen In yeni kamikadze hücumu aparan pilotsuz təyyarələrin sınaqlarına şəxsən rəhbərlik edib və onların kütləvi istehsalına mümkün qədər tez başlanılmasını əmr edib. 

Bakıvaxtı.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, o, dünyada hərbi pilotsuz uçuş aparatlarından istifadə sahəsində rəqabətin artdığını bildirib.

Onun sözlərinə görə, bu cür obyektiv dəyişikliklər hərbi nəzəriyyə, təcrübə və təhsilin bir çox bölmələrinin təcili yenilənməsini tələb edir:

"Mümkün qədər tez bir zamanda partiya istehsal sisteminin qurulması və tammiqyaslı kütləvi istehsala keçmək zəruridir".

Gülşən Şərif

Seçilən
24
bakivaxti.az

1Mənbələr