AZ

Noyabrın 15-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, Kremlin mətbuat xidməti bildirib.

Tərəflər "sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsi" məsələlərini nəzərdən keçiriblər.

Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin bundan sonra da hərtərəfli inkişafına qarşılıqlı maraq təsdiqlənib.

Müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi razılaşdırılıb, məlumatda deyilir.

Seçilən
21
turan.az

1Mənbələr