AZ

İnsan alverində ittiham olunan türk Amsterdamda tutulub - Foto

İnsan

Avropada insan qaçaqmalçılığı üçün istifadə edilən qayıq və motosikletləri qaçaqmalçılara göndərməkdə ittiham olunan türk Niderlandda tutulub.

Reyting.az
xəbər verir ki, İngiltərə Milli Cinayət Agentliyinin Niderland və Belçika polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Amsterdamda yaxalanan şəxsin Fransada insan alverçilərinə material tədarük etdiyi bildirilir.

Adı açıqlanmayan şəxsin materialları Türkiyədən Almaniyaya, oradan isə Fransaya göndərdiyi qeyd olunur.



Məlumata görə, 44 yaşlı türk Şiphol hava limanında yaxalanaraq Belçikaya göndərilib.

Böyük Britaniyanın baş naziri Keir Starmer qeyd edib ki, tutulan şəxs Böyük Britaniyaya insan alveri ilə bağlı proseslərin “ən mühüm parçası” ola bilər.

V. QULİYEV

Seçilən
27
reyting.az

1Mənbələr