AZ

Şimali Koreya düşmənlərinə meydan oxuyur - Yeni kamikadze PUA-lar sınaqdan çıxarıldı

Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə bu gün ölkənin yeni istehsal elədiyi kamikadze pilotsuz uçuş aparatları (PUA) müxtəlif şərti əməliyyatlarla sınaqlardan çıxarılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) açıqlama yayıb.

Bildirilib ki, Pilotsuz Hava Texnologiyaları Kompleksinə (UATC) bağlı institut və müəssisələrin istehsal etdiyi kamikadze PUA-lar uğurla sınaqdan keçirilib: "PUA-ların təyin olunmuş marşrutlar üzrə uçduqdan sonra müxtəlif məsafələrdə hədəfləri vurma qabiliyyəti yoxlanılıb...".

Sınaqları yerində izləyən dövlət başçısı Kim bildirib ki, dünyada PUA-lar innovativ texnologiya və hərbi imkanları böyüdən əsas vasitəsi önə çıxıb: "Biz bu rəqabətdə geri deyil, önə çıxmalıyıq. Çünki bu, güclü və dəqiq əməliyyatlar aparılmasına töhvə verməklə yanaşı, həm də canlı qüvvələrimzin qorunması, o cümlədən, düşmənə daha az xərclə ciddi zərbələr vurmaq baxımından müstəsna rol daşıyır".

Samir Musayev
MİA.AZ

Seçilən
22
mia.az

1Mənbələr