AZ

Peskov: "Rusiya ABŞ-ın daxili işlərinə qarışmır"

Rusiya ABŞ-ın daxili işlərinə qarışmayacaq. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Marko Rubionun Donald Trampın gələcək administrasiyasına təyinatı barədə soruşanda deyib.

"Bizim özümüz Çinlə xüsusi imtiyazlı strateji tərəfdaşlıq edirik və bunu davam etdirmək niyyətindəyik", - deyə o, Birləşmiş Ştatların Çinlə rəqabət aparmaq üçün mümkün kursu barədə sualı cavablandırıb.

Turkustan.az xəbər verir ki, bundan əvvəl Tramp Rubio-ya ABŞ Dövlət katibi postuna təklif etmişdi. Reuters-in verdiyi xəbərə görə, bu təyinat Trampın Çinə qarşı düşmənçiliyinin göstəricisi ola bilər. Belə ki, Rubio hesab edir ki, Çin Birləşmiş Ştatların düşmənidir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
81
50
turkustan.az

10Mənbələr