AZ

Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır -Tramp

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp səlahiyyət müddəti ərzində dünyada davam edən münaqişələrə diqqət yetirəcəyini bildirərək Rusiya və Ukrayna üzərində daha çox işləyəcəklərini deyib.

Redaktor.az xəbər verir ki, bu barədəTramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində “Amerika Birinci Siyasəti” İnstitutu üçün keçirilən qalada çıxış edərkən deyib. 

Son günlərdə Rusiya-Ukrayna müharibəsində aralarında əsgər və mülki vətəndaş da daxil olmaqla minlərlə insanın öldüyü ilə bağlı xəbərlə rastlaşdığını qeyd edən Tramp deyib: "Rusiya və Ukrayna üzərində çox çalışacağıq. Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmalıdır”.

Tramp həmçinin vurğulayıb ki, onun administrasiyası Yaxın Şərqdə baş verənlərə də diqqət yetirəcək.

Çıxışında noyabrın 5-də keçirilən prezident seçkilərinin nəticələrinə toxunan Tramp bunun 129 ilin ən böyük siyasi qələbəsi olduğunu deyib. 

Türkan İSGƏNDƏRLİ 

Seçilən
29
redaktor.az

1Mənbələr