Türkiyə sahillərində Qara dənizdə 5 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq üzrə Milli Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 11 km dərinlikdə olub və Gürcüstanın sahil zolağından 61 km aralıda qeydə alınıb.
Zəlzələ Batumi şəhərində də hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib