AZ

Orban Aİ-ni Rusiyaya qarşı sanksiyalara yenidən baxmağa çağırıb

Orban

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara yenidən baxmalıdır, çünki onlar enerji qiymətlərini artırır və Avropanın rəqabət qabiliyyətini zəiflədir. Bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.O xatırladıb ki, Avropa İttifaqı liderləri noyabrın 8-də Budapeştdə keçirilən qeyri-rəsmi sammitində Avropanın Rəqabət Qabiliyyəti haqqında Bəyannaməni qəbul ediblər. Sənəd xüsusilə neft, qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına yönəlib.“Enerji qiymətləri bütün mümkün vasitələrlə aşağı salınmalıdır, bu o deməkdir ki, [Rusiyaya qarşı] sanksiyalara yenidən baxılmalıdır, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri azalmayacaq”, - deyə hökumət başçısı bildirib.

Eltun Məmmədov

Diqqət Çəkənlər

Kaliforniyada ermənilər ayı paltarı geyinərək bahalı avtomobillərə hücum ediblər

Ukraynanın nüvə bombası yaratması cəbhədəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək

İranda üç SEPAH zabiti öldürülüb

Seçilən
42
ulusum.az

1Mənbələr