AZ

Siqareti tərgidərkən nələr yemək lazımdır? - 10 QİDA

Ən pis vərdişlərdən biri də siqaret çəkməkdir. 

Təəssüf ki, ətrafımızda bir çox şəxs bu asılılıqdan əziyyət çəkir. Əslində, onların əksəriyyəti bunun sağlamlıqları üçün çox zərərli olduğunu bilirlər, lakin tərgidə bilmirlər. Hərçənd ki, siqaret çəkməyi tərgitmək mümkündür. 

Bunu bacaran çox sayda insan var. Onların məsləhətlərinə qulaq asmaq da olduqca faydalıdır. Əsas odur ki, insanda bunun üçün iradə olsun. İradə və əzm olduqdan sonra hər şeyin öhdəsindən gəlmək mümkündür. 

Bəzi qidalar və çərəzlər var ki, siqareti tərgitmə ərəfəsində sizə çox kömək edə bilər. 

Bəs onlar hansılardır? 

Hit.az siyahını təqdim edir:

1. Günəbaxan tumları
2. Kişmiş
3. Qoz-fındıq
4. Qurudulmuş meyvələr
5. Banan, alma və digər meyvələr
6. Həmçinin portağal. Nəzərə alın ki, 20 gün ardıcıl portağal yemək nikotin istəyini 79 faiz azaldır. 
7. Pomidor suyu 
8. Sarımsaq
9. Gün ərzində bir neçə dəfə tərəvəz və ya göyərti qəbul edə bilərsiniz
10. Bunlardan başqa, çay için və ya daha çox maye qəbul edin. 

Bütün bunlar siqareti tərgitmə ərəfəsində sizə kömək edə bilər. 

Pərviz

Seçilən
39
hit.az

1Mənbələr