Bakı. Trend:
COP29 beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verəcək.
Trend xəbərverir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet NuriErsoy COP29-da “Mədəniyyətə əsaslanan İqlim dəyişikliyinə qarşımübarizə üzrə Yüksək Səviyyəli Fəaliyyəti Dialoqu”nda deyib.
"Əminəm ki, Azərbaycanın rəhbərlik etdiyi bu konfrans iqlimdəyişikliyi ilə mübarizə və beynəlxalq ictimaiyyətin gözləntilərinəcavab vermək üçün qlobal səylərimizdə əsas addım olacaq", - obildirib.
Nazirin sözlərinə görə, hələ görüləsi çox iş var və lazıminəticələrin əldə olunması üçün beynəlxalq əməkdaşlığın davametdirilməsi zəruridir.
"İqlim dəyişikliyi mədəni və təbii irsimizə də təhlükə yaradır.Bir çox mədəni və təbii obyektlər ekstremal hava hadisələrinintəsirlərinə qarşı daha həssas olur. Bu risklər gələcək nəsillərüçün ümumi irsimizin qorunmasının təcili ehtiyacını vurğulayır", -o bildirib.
Ersoy qeyd edib ki, Türkiyə Azərbaycanın COP29-da sədrliyininiddialı məqsədlərini tam dəstəkləyir.
“Biz hamı üçün davamlı gələcək yaratmaq üçün birlikdə işləməyəsadiqik” - o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.