AZ

Britaniyada samuray qılıncı ilə silahlanmış şəxs Boris Consonu axtararkən saxlanılıb

Britaniyada samuray qılıncı ilə silahlanmış şəxs Boris Consonu axtararkən saxlanılıb

Britaniya parlamentinin qarşısında iki samuray qılıncı ilə silahlanmış şəxs saxlanılıb. Onun Britaniyanın keçmiş baş naziri Boris Consonla danışmaq istədiyi bildirilir. AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb. Hadisənin təfərrüatları ilə bağlı prokuror Malaki Pakenhem açıqlama verib.İngiltərənin şərqindəki Mart şəhərində yaşayan 34 yaşlı Lyuis Ellinqton noyabrın 12-də günorta saatlarında Vestminster sarayı ilə üzbəüzdə saxlanılıb. Saxlanılan zaman samuray qılınclarından əlavə, onun əynində gülləkeçirməz jilet də olub. Hadisə ilə əlaqədar olaraq parlament binasının əsas girişlərindən biri bir müddət mühasirəyə alınıb.Məhbusun vəkili Norman Ço bildirib ki, müvəkkilinin heç kimə zərər vermək niyyəti olmayıb. Dinləmədən sonra Ellinqton zaminə buraxılıb. Onun Londona girişi məhdudlaşdırılıb Peterboroughdakı tibb müəssisəsində nəzarətə götürülməsi ilə bağlı qərar çıxarılıb.

Seçilən
39
afn.az

1Mənbələr