“Liverpul” mövsümün sonunda Məhəmməd Salahı itirə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu Salahı öz sıralarında saxlamaq niyyətindədir. Misirli futbolçunun özü də qalmaq istəyir.
Salah maaş, bonus strukturu və müqavilənin müddəti barədə razılığa gələcəkləri halda komandada qalacaq.
32 yaşlı forvardın “qırmızılar”la müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatacaq.
Qeyd edək ki, Salah 2017-ci ilin yayından “Liverpul”un şərəfini qoruyur. Cari mövsümdə Arne Slotun komandasında bütün turnirlərdə 17 oyun keçirən hücumçu 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Enrike futbolçusundan narazıdır
Mutsinzi oynayıb, komandası məğlub olub
“Fənərbaxça”da yeni müqavilə
Dünya çempionatının kuboku təqdim olunub
Aleksandr Ceferin: “Oyun sayı azalsa, maaşlarınız düşəcək”