AZ

Suriyada 2-si lider olmaqla, “İslami Cihad”ın 20 üzvü öldürülüb – “Əl Hadath”

Suriyada 2-si lider olmaqla, “İslami Cihad”ın 20 üzvü öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Noyabrın 14-də İsrailin Dəməşqə endirdiyi aviazərbələr nəticəsində 2-si təşkilat rəhbəri olmaqla, 20 “İslami Cihad” üzvü öldürülüb.

Noyabrın 15-də İsrail ordusunun mətbuat xidməti Suriyadakı hərbi binalara və “İslami Cihad”ın qərargahına hücum edildiyini, təşkilata və onun yaraqlılarına ciddi ziyan dəydiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr