AZ

Qızdırıcı 3 yaşlı uşaq yanmasına SƏBƏB OLDU

Qızdırıcı 3 yaşlı uşağın yanmasına səbəb olub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada baş verib.

Körpənin beşiyinin üstündən asılan qızdırıcı gecə saatlarında alışıb və oğlanın üzərinə yanan plastik damcılamağa başlayıb.  Ata cəld reaksiya verərək uşağı yanğından çıxarıb, lakin körpənin əlləri və üzündə dərin üçüncü dərəcəli yanıq xəsarətləri alıb.

Əməliyyat zamanı cərrahlar əl və barmaqlarındakı ölü toxumaları çıxarıb, xəstənin bud nahiyəsindən dərin yaraları dəri qapağı ilə bağlayıblar.

İndi oğlan evə buraxılıb, mütəxəssislər əməliyyat yerinin gözəl görünməsi üçün çalışırlar. Mütəxəssislər tövsiyələrə əməl edilərsə, uşağın hər iki əli funksiyasının ömürlük saxlanılması şansı var.

Seçilən
14
medianews.az

1Mənbələr