AZ

Bakı prosesində yaddaqalan məqamlar: Bu, COP29-un tarixinə düşəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir. Azərbaycan növbəti dəfə öz üzərinə düşən vəzifəni uğurla icra etdi. COP29-un qısa zamanda yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın inkişafı və əldə etdiyi nailiyyətlərlə, təcrübələrlə bağlıdır.

Bunu Publika.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilən bütün tədbirlər kimi COP29-da yüksək səviyyədə təşkil edildi: “Eyni zamanda birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə görülən yüksək səviyyəli işlər göz önündədir. Bu mənada Azərbaycan cəmi 11 aya COP29-un təşkilinə nail olub. Bundan öncə də Azərbaycan beynəlxalq, mötəbər tədbirlərə ev sahibliyi edib. Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Avroviziya, Türk Dövlətləri Təşkilatının, eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın gördüyü işləri nümunə göstərmək olar”.

Millət vəkili bildirib ki, COP29 öz maştabına görə daha böyük beynəlxalq tədbirdir: “200-dən artıq dövlətin razılığı ilə COP29 Azərbaycanda keçirildi. Bu, ölkəmizə olan etimad və inamın bariz nümunəsi idi. Məhz Prezidentin həyata keçirdiyi uğurlu, davamlı siyasətin nəticəsində COP29-un tarixində Azərbaycan ən yüksək təşkilatçılıq xüsusiyyətlərinə görə yadda qalacaq. Bu tədbirin keçirilməsi bir daha Azərbaycanda ictimai-siyasi sabitliyin olduğunu, ölkəmizdə insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsinə əsaslanır”.

Seçilən
18
1
publika.az

2Mənbələr