AZ

Şimali Koreya indi də PUA istehsal edəcək

Şimali Koreya prezidenti Kim Çen Inın iştirakı ilə yeni kamikadze PUA-larını sınaqdan keçirib. PUA-ların hədəfləri vurma uğuru diqqəti cəlb edərkən, Kim bu texnologiyaların ordular üçün əsas zərurət olduğunu vurğulayıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreya prezidenti Kim Çen Inın iştirakı ilə yeni istehsal edilən kamikadze PUA-larını sınaqdan keçirib. İHA-lar köhnə tankları və əvvəlcədən hazırlanmış hədəfləri vurub.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Şimali Koreya ordusunun yenicə istehsal etməyə başladığı İHA-ları İnsansız Hava Texnologiyaları Kompleksində (UATC) sınaqdan keçiriblər.

Sınaqlar zamanı müxtəlif təyinatlı PUA-ların təyin olunmuş marşrutlar üzrə uçduqdan sonra müxtəlif məsafələrdə istifadə olunaraq hədəfləri vurma qabiliyyəti yoxlanılıb.

Testlərə qatılan Kim mətbuata açıqlama verib. Kim, "İHA-ların innovativ texnologiyaya malik hərbi imkanların əsas vasitəsi kimi istifadəsi üçün dünyada rəqabət getdikcə güclənir" dedi.

Kim PUA-lardan istifadənin bütün dünyada ordular üçün əvəzolunmaz hala gəldiyini vurğulayıb. O, PUA-ların ordular üçün "əsas zərurət" olduğunu bildirib.

Kim Çen In təxminən 12-10 min əsgərini Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etmək üçün göndərdi. Bu əsgərlərdən bəzilərinin əməliyyatlara başladığı ABŞ və Cənubi Koreya tərəfindən təsdiqlənib.

Bu gün Şimali Koreyanın Rusiyaya qaubitsa göndərdiyi də məlum olub. Paytaxt Pxenyan meydanında peyda olan haubitsalar və Rusiyada hərbi paradlar görüntülənib.

Rusiyaya artilleriya və güllə yardımı da edən Şimali Koreyanın istehsal etdiyi PUA-ların Ukraynada istifadə olunması mümkün görünür.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
23
turkustan.az

1Mənbələr