Bir ildir ki, Ermənistanda çevrilişə çalışaraq aksiyalar keçirən “Müqəddəs Hərəkat”ın rəhbəri Baqrat Srbazan yenidən fəallaşıb.
Yerli medianın yaydığı məlumata görə, inqilabçı keşiş bu dəfə separatçılara dəstək aksiyasına qatılıb.
"Kamk” təşəbbüsünün təsisçisi Vaaqn Çaxalyan artıq bir neçə gündür ki, Azərbaycanda həbs edilmiş Qarabağdan olan ermənilərin (Separatçı hərbi canilər nəzərdə tutulur-red.) geri qaytarılmasını tələb edir. Onlar hökumət binası qarşısında oturaq aksiya keçirirlər. Bu gün Baqrat Srbazan oturaq aksiya iştirakçılarına baş çəkərək onlara qoşulub", - mamul nəşri yazıb.
Tural