AZ

Ermənistan COP29-a qatılmaması sülh prosesinə necə təsir edəcək?

Ermənistanın COP29-da iştirak etməməsi qarşılıqlı etimad mühitinin yaranmasına ciddi kölgə saldı...

Siyasi-şərhçi: “Azərbaycanın dəvətinə baxmayaraq, Ermənistan rəsmi şəxslərinin COP-29 tədbirindən iştirakdan imtina etməsi qarşılıqlı etimadın formalaşmasına ciddi mane oldu”.

“Bu prosesdən kənarda qalmaq, xüsusi ilə Azərbaycanın dəvətinə qarşılıqlı cavab verməmək Ermənistan tərəfinin sülh prosesinə olan səmimiyyətin sual altına qoyur”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın COP29-da iştirak etməsinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bəzi ekspertlərin fikrincə, Ermənistanın COP29-da iştirak etməməsi həm tərəflər arasında sülh prosesinin gələcəyinə, həm də qarşılıqlı etimad mühitinin yaranmasına ciddi problem yarada bilər.

Bəs, Ermənistan rəsmilərinin Bakının dəvətinə rəğmən sammitə qatılmaması sülh prosesinə necə təsir edəcək?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ola bilsin ki, Ermənistanın COP29-da iştirak etməməsi qısa müddətdə daxili auditoriyaya ünvanlanmış siyasi bir gedişdir, lakin uzunmüddətli və daha geniş perspektivdə bu addım həm sülh prosesinə, həm də Ermənistanın regional, beynəlxalq mövqeyinə mənfi təsir göstərəcək”.

Azərbaycan tərəfinin bu dəvət jestinin sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, Ermənistanın bu cür jestlərdən imtinası, danışıqların uzanmasına və etimad mühitinin daha da pisləşməsinə səbəb olacaq:

Azərbaycanın dəvətinə baxmayaraq, Ermənistan rəsmi şəxslərinin COP-29 tədbirindən iştirakdan imtina etməsi qarşılıqlı etimadın formalaşmasına ciddi mane olur. Çünki beynəlxalq tədbirlər, xüsusilə iqlim dəyişikliyi kimi qlobal məsələlərə həsr olunmuş sammitlər, siyasi gərginliklərin azaldılması və yeni əməkdaşlıq kanallarının yaradılması üçün bir platforma hesab olunur.

Bu prosesdən kənarda qalmaq, xüsusi ilə Azərbaycanın dəvətinə qarşılıqlı cavab verməmək Ermənistan tərəfinin sülh prosesinə olan səmimiyyətin sual altına qoyur. Çünki Azərbaycan tərəfin bu dəvət jesti sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli idi, lakin Ermənistanın bu cür jestlərdən imtinası, danışıqların uzanmasına və etimad mühitinin daha da pisləşməsinə səbəb olacaq .

Ola bilsin ki, Ermənistanın COP29-da iştirak etməməsi qısa müddətdə daxili auditoriyaya ünvanlanmış siyasi bir gedişdir, akin uzunmüddətli və daha geniş perspektivdə bu addım həm sülh prosesinə, həm də Ermənistanın regional, beynəlxalq mövqeyinə mənfi təsir göstərəcək. Azərbaycan hökümətidə bu fürsətdən istifadə edib, xarici diplomatik əlaqələr vasitəsi ilə Ermənistanın heçdə sülh istəmədiyini, danışıqlara isti yanaşmadığını beynəlxalq aləmə duyurmalıdır. Erməni lobbisinin yalan və uydurma təbliğatlarına bu cür faktlatla cavab vermək lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr