Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəşlə ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.
Faktla bağlı araşdırma davam etdirilir.