AZ

Azərbaycanda ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bütün dünyada olduğu kimi Azərbaycanda da inzibati xətalar zamanı tətbiq edilən cərimələr mövcuddur.

 

Modern.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.

 

Bu məbləğdə cərimələr hansı maddələrə görə görə tətbiq edilir?

 

Ölkəmizdə ən yüksək cərimə məbləği olan maddələr aşağıdakılardır:

 

1) Məcəllənin 248-ci maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması zamanı fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

 

248.2-ci Maddədə isə bildirilir ki, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

 

2) Məccəllənin 286.2-ci maddəsində qeyd olunur ki, Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

 

3) İnzibati Xətalar Məcəlləsinin 598.6-cı maddəsinə görə, Maliyyə monitorinqi orqanının əməliyyatların dayandırılması barədə qərarının maliyyə institutları tərəfindən icra edilməməsinə, hər bir əməliyyata görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

 

4) Məcəllənin 598.10-cu maddəsinə görə isə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

Seçilən
34
4
modern.az

5Mənbələr