AZ

Heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz - Türkiyənin mədəniyyət naziri

"Əminəm ki, Azərbaycanın rəhbərliyi altında bu konfrans bizi iqlim dəyişikliyi probleminin həllinə və beynəlxalq ictimaiyyətin gözləntilərinin yerinə yetirilməsinə gətirib çıxaracaq"

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən nazirlərin görüşündə bildirib.

"Bir çox mədəni və təbiət obyektləri ekstremal hava şəraitinin təsirinə qarşı getdikcə daha həssas olur. "Bu risklər ümumi nemətlərimizi gələcək nəsillər üçün qorumağın son dərəcə zəruri olduğunu vurğulayır. Heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. Qlobal əlaqələndirilmiş fəaliyyətlər tələb olunur. Bu görüşdə nümayiş etdirilən əməkdaşlıq iqlim böhranının həlli üçün zəruri olan kollektiv qətiyyətin gözəl nümunəsidir".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
80
3
teleqraf.com

10Mənbələr