AZ

ABŞ qanunvericiləri İsrailin iki nazirinə qarşı sanksiya tələb edir

ABŞ qanunvericiləri İsrailin iki nazirinə qarşı sanksiya tələb edir

ABŞ-ın 80-dən çox demokrat deputat ABŞ prezidenti Co Bayden administrasiyasını İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq etməyə çağırır. AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.Bildirilir ki, oktyabrın sonunda ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 senatoru və 71 üzvü Baydenə və ABŞ dövlət katibi Entoni Blinkenə müvafiq məktub göndərib. Onlar Ben-Qvir və Smotriçi İordan çayının qərb sahilindəki israilli məskunlaşanları Fələstin əhalisinə qarşı zorakılıq törətməyə təhrik etməkdə ittiham edirlər.Portalın mənbələrinə görə, ABŞ prezidenti müttəfiq dövlətin demokratik yolla seçilmiş rəsmilərinə qarşı sanksiyaların tətbiqini dəstəkləmir.

Seçilən
15
2
afn.az

3Mənbələr