AZ

AMB xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna başlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il dekabrın 15-dən gələn il yanvarın 15-nə qədər xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarındakı xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması, bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsi məqsədilə tətbiq edilən xüsusi tənzimləmə rejimi bu mühüm təşəbbüslər sırasındadır. Artıq xüsusi tənzimləmə rejimində iştirakla bağlı növbəti müraciətlərin qəbulu tarixi müəyyən olunub.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulunun sınağı AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək.

Bundan əvvəl xüsusi tənzimləmə rejimində iştirakla bağlı may ayında başlamış ilk qəbul dövründə 4 innovativ məhsul seçilərək sınaqdan keçirilmə imkanı qazanıb.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları müraciətlərin qəbulu tarixi başladıqdan sonra xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkün olacaq. Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.

Seçilən
30
9
sia.az

10Mənbələr