AZ

Abxaziya Daxili İşlər Nazirliyinin rəhbəri etirazçılarla danışıqlara başlayıb



Abxaziyanın Daxili İşlər Nazirliyinin rəhbəri Kiut Robert və Abxaziyanın dövlət təhlükəsizlik xidmətinin rəhbəri Dmitri Kuçuberiya etirazçılarla danışıqlara çıxıblar. Bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, noyabrın 15-də Suxumda Abxaziya Parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir. Bu gün parlament Abxaziyada Rusiya hüquqi şəxsləri tərəfindən investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya Federasiyası ilə sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Nəticədə deputatlar gündəliyi təsdiq edə bilmədikləri üçün sessiya ləğv edilib.
Ruplty-nin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında toqquşmalar baş verir. Onlar yanğınsöndürən maşını ilə parlament binasına bitişik əraziyə girişi bağlamağa çalışsalar da, heç bir nəticəsi olmayıb - etirazçılar avtomobillə hasara çırpılaraq keçə biliblər. Bundan əlavə, qanun layihəsindən narazı qalan Abxaziya sakinləri təhlükəsizlik qüvvələrinə daş və yumurta atıblar, mediada isə güllə səslərinə bənzər səslər yayılıb.

Son məlumata görə, təhlükəsizlik qüvvələri tüstü bombalarından və gözyaşardıcı qazdan istifadə edib. İnsanlar parlamentin ərazisindən sıxışdırılıb çıxarılıb

aia.az
Tərcümə şöbəsi



Seçilən
34
aia.az

1Mənbələr