Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg xəbər yayıb.
Məlumata görə, araşdırma ABŞ Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu (FBI) və Federal Gəlir Xidməti tərəfindən aparılır. İddialara əsasən, "Citigroup"un Kərimova məxsus olan "Heritage Trust" fondu ilə əlaqələri diqqət mərkəzindədir.
Eyni zamanda, bankın çirkli pulların yuyulması və maliyyə cinayətlərinin qarşısının alınması üzrə fəaliyyətləri də təhlil edilir.
Qeyd edək ki, ABŞ hakimiyyəti 2022-ci ilin iyununda "Heritage Trust"un 1 milyard dollarlıq aktivlərini dondurmuşdu. Senator Süleyman Kərimov isə 2018-ci ildən ABŞ sanksiyalarına məruz qalıb.
Bu araşdırma ABŞ-ın sanksiyalara əməl olunması və maliyyə sahəsindəki şəffaflığın təmin olunması ilə bağlı səylərinin davamı kimi qiymətləndirilir.