Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz İsrailin Energetika vəİnfrastruktur Nazirliyinin bərpa olunan enerji mənbələri şöbəsininrəhbəri Kineret Dahan Qranitdir.
COP29 çərçivəsində K.D.Qranit Trend-ə özəl müsahibəsində bu tədbirinbeynəlxalq təcrübəni öyrənmək üçün dəyərli imkan yaratdığınıvurğulayıb.
“Bu tədbir enerji istehsal mənbələrinin şaxələndirilməsininvacibliyini bir daha önə çıxarır. Burada, Bakıda keçirilən COP29konfransında öyrəndik ki, bəzi çağırışlar ümumi xarakter daşıyır.Bir çox ölkələr enerji şəbəkələrinin məhdudiyyətləri ilə üzləşir vəbərpa olunan enerji mənbələrinin iqtisadiyyatın inkişafında, işyerlərinin yaradılmasında və enerji təhlükəsizliyiningücləndirilməsində əsas rol oynadığını ümumi şəkildə dərk edirlər”,– deyə o bildirib.
K.D.Qranit COP29 tədbirinin inanılmaz bir hadisə olduğunu xüsusiqeyd edib.
“Tədbir ən yüksək səviyyədə təşkil olunub və biz AzərbaycanınQərb ilə Şərq, Şimal ilə Cənub arasında körpü roluna səmimiheyranlıqla baxırıq. Burada öyrəndiklərimiz və gördüklərimiz biziruhlandırır. Ümid edirik ki, dayanıqlı və səmərəli tərəfdaşlıqəlaqələri quracağıq. COP29 çərçivəsində digər ölkələrdə qəbuledilən innovativ tədbirlərlə tanış olduq və Almaniya ilə əməkdaşlıqhaqqında saziş imzaladıq. Burada çox şeyə nail olduq və məqsədimizbu bilikləri İsraildə tətbiq etməkdir”, – deyə o əlavə edib.
Bundan əlavə, Qranit vurğulayıb ki, son illərdə İsraildə bərpaolunan enerji sektoru sürətlə inkişaf edir.
“Lakin ölkəmiz məhdud ərazi və ekstremal istilik kimi unikalçağırışlarla üzləşir. Enerji istehsalı ilə bağlı relyefimizdəarxalana biləcəyimiz nə çaylar, nə də dağlar var. İsrail iqlimdəyişikliyinə qarşı qlobal səyləri çox ciddi qəbul edir və bunumilli gündəliyin mühüm bir hissəsi hesab edir.
Məqsədimiz 2030-cu ilə qədər enerji istehsalının 30 faizinibərpa olunan mənbələrdən təmin etməkdir. Bunu əldə etmək üçünmüxtəlif və innovativ yollarla çalışmalı, mühüm əməkdaşlıqlar vətərəfdaşlıqlar yaratmalıyıq.
Milli bərpa olunan enerji hədəflərimizə çatmaq üçün bir çoxsəviyyələrdə fəaliyyət göstəririk. Bu baxış 2050-ci ilə qədərkarbon neytrallığına nail olmaq öhdəliyimizə uyğun gəlir və eynizamanda, enerji sektorunun təhlükəsizliyini, davamlılığını,etibarlılığını və səmərəliliyini təmin edir”, – deyə oyekunlaşdırıb.