AZ

Oqtay Qasımov: “COP29-u baykot etməyə çalışanların fəaliyyəti iflasa uğradı”

“Bir neçə gündür bütün dünyanın diqqəti Bakıya yönəlib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un ölkəmizdə keçirilməsi tarixi hadisədir.Dünyanın 80-dən çox ölkəsinin dövlət və hökumət başçılarının iştirak etdiyi beynəlxalq tədbir eyni zamanda qalobal məsələlərin həllini nəzərdə tutur”.

Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib:

“Hazırda iqlim dəyişiklikləri və ekoloji problemlər dünyanın qarşısında duran bir nömrəli vəzifədir. COP29-da  əvvəlki COP-larda qəbul edilən qərarların icrasına yönələn layihələrin həyata keçirilməsi üçün maliyyə mənbələri müzakirə olunur. Bakıda keçirilən bu dəfəki COP-a maliyyə COP-u da deyilir. COP29-da həm ikitərəfli görüşlər keçirilir, həm də  şirkətlər arası müqavilələr bağlanır. Bütün bunların hamısı dünyanın gələcəyi ilə bağlı  məsələlərdir. Azırbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi və yüksək təşkilatçılığı  qonaqlar təərfindən yüksək qiymətləndirilib. Eyni zamanda bu tədbirdən dünyaya mesajlar da verildi. COP29-u baykot etməyə çalışanların fəaliyyəti əslində iflasa uğradı. Son bir ildə bu tədbirin baykot olunmasıyla bağlı edilən çağırışlar effekt vermədi. Fransa, Niderland, Kanada, Norveç kimi ölkələrin nümayəndələri tədbirə gəlmədi. Onların səyləri nəticəsiz qaldı. Azərbaycan bir daha göstərdi ki, çox böyük beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib, təşkilatçılığı həyata keçirməyi bacarır. Bütün hallarda əngəlləmə və qarayaxma kampaniyalarına baxmayaraq COP29-öz işini davam etdirir və inanırıq ki, Azərbaycanın bu təcrübəsindən gələcəkdə digər ölkələr də yararlana  biləcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
30
konkret.az

1Mənbələr