AZ

Moldova da Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinə qoşula bilər...

Image

Moldova Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinin iştirakçısına çevrilə bilər. Trend xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü zamanı bildirib.

"Biz Azərbaycan, Gürcüstan, Macarıstan, Bolqarıstan və perspektivdə Moldova Respublikası ilə birlikdə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək, enerji körpüsü rolunu oynayacaq yaşıl dəhliz yaradırıq.

Ümid edirik ki, bu nümunə digər qitə və ölkələri daha sıx əlaqələr yaratmağa ruhlandıracaq. Çünki yalnız bu yolla biz təhlükəsiz, əlçatan və ekoloji cəhətdən təmiz enerji təmin edə bilərik", - deyə nazir vurğulayıb.





Seçilən
25
baki-xeber.com

1Mənbələr