AZ

Dünya Bankının rəsmisi: "Dövlətlər iqlimlə bağlı maliyyəni tək özəl sektorun üzərinə atmamalıdır"

Dövlətlər iqlimlə bağlı maliyyəni tək özəl sektorun üzərinə atmamalıdır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, iqlim məqsədlərinə nail olmaq həm özəl, həm də dövlət sektorunun töhfələrini tələb edir: "Ancaq biz tez-tez görürük ki, dövlət sektoru “pulumuz yoxdur, özəl sektor bizə dəstək olsun” kimi yanaşmaya əl atırlar. Bu yanaşma doğru deyil. Dövlət sektoru daha realist olmalıdır. Hazırda dövlət sektoru iqlim əleyhinə fəaliyyətləri subsidiyalaşdırmaq üçün ildə 1,25 trilyon ABŞ dolları xərcləyir. Bu məbləğ qalıq yanacaq subsidiyaları, kənd təsərrüfatı və balıqçılıq subsidiyaları kimi sahələrə gedir. Beləliklə, iqlimlə bağlı maliyyə mənfi istiqamətə yönəlir. Biz bu subsidiyaları yenidən strukturlaşdırmalıyıq və daha diqqətlə düşünməliyik".

Seçilən
49
ekologiya.az

1Mənbələr