AZ

"Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb" - Qazaxıstan Prezidenti

Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstana planlı taxıl tədarükünə başlanılıb.

Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumunda bildirib.

“Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpa olunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya da taxıl tədarükü həyata keçiriləcək”, - deyə o bildirib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. O əlavə edib: “Yeni ərzaq bazarlarının artan tələbatını nəzərə alaraq, “Şimal-Cənub” və Trans-Xəzər marşrutu kimi beynəlxalq dəhlizlərin rolu artacaq”.

Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalq danışıqlarının gündəliyində duran əsas məsələlərdən biri Qazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzi kimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir.

“Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanın yaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görə də növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11 min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıq dəmir yolunun çəkilməsi nəzərdə tutulur”, -deyə o bildirib.

Seçilən
41
10
adalet.az

10Mənbələr