AZ

Azərbaycan ECO üzv dövlətləri ilə "yaşıl" enerji və azkarbonlu iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. Trend:

Azərbaycan ECO üzv dövlətləri ilə "yaşıl" enerji və azkarbonluiqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməkniyyətindədir.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz ŞahbazovECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış mərasimində çıxışı zamanıbildirib.

“Hazırda Azərbaycan təşkilatın üç üzv dövləti — Türkiyə,Qazaxıstan və Özbəkistan ilə birgə regionda "yaşıl" enerjidəhlizlərinin yaradılması üzərində fəal işləyir."Azərbaycan–Türkiyə–Avropa" və "Mərkəzi Asiya–Azərbaycan" yaşılenerji dəhlizləri, regional enerji bazarının inkişafına töhfəverərək, ECO regionunun enerji təhlükəsizliyinin gücləndirilməsi vəiqlim dəyişiklikləri ilə mübarizədə rolunu artıran əsastəşəbbüslərdir.

Bu dəhlizlər ECO üzv dövlətləri arasında enerji əməkdaşlığınıgücləndirir, regional enerji şəbəkələrini birləşdirir və karbonemissiyalarının sıfıra endirilməsi hədəflərinə çatmaq üçün vahidstrateji platforma yaradır. Azərbaycan yaşıl enerji və azkarbonluiqtisadiyyat sahəsində təşkilatın digər üzv dövlətləri iləəməkdaşlığı genişləndirmək niyyətindədir”, – deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr