AZ

"Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Sportal.az xəbər verir ki, Estoniya millisinin baş məşqçisi Yurgen Henn matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uzun səfərin oyuna təsiri ola bilər?

- Xeyr, hər şey yaxşıdır. Planları yaxşı həyata keçirmişik. Qonaqpərvərliyi xüsusi qeyd etmək istəyərdim. Çox yüksək səviyyədə təşkil olunub. Hər zaman olduğu kimi Azərbaycanda hər şey yaxşıdır.

- İlk matçda Azərbaycana qalib gəldiniz. Sizin kimi gənc məşqçi Avropa çempionu olmuş Fernandu Santuşu məğlub etdi. Bu qələbədən sonra Estoniyada sizə münasibət necə oldu?

- Bu haqda heç vaxt düşünməmişik. Önəmli olan komandanın performansıdır. Əlbəttə, Fernandu Santuşa qarşı oynamaq mənim üçün böyük qürur idi.

- Azərbaycanda belə təəssürat var ki, D Liqasına düşsək, faciə olacaq. Bəs Estoniyada fikirlər necədir?

- Məncə, hər yerdə belədir. Hər komanda istəyər ki, daha yüksək liqada çıxış etsin. Aşağı liqaya düşsək, bizdə də faciə sayılacaq. Amma onu da nəzərə alaq ki, digər qruplarla müqayisədə bizim qrup çətin idi. Həm biz, həm də Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi. Əvvəl-axır kimsə D Liqasına düşməlidir.

Elçin Əlixan 

saytlarin hazirlanmasi

Seçilən
17
3
sportal.az

5Mənbələr