AZ

Türkiyədə müxbir güllələndi - FOTO

Türkiyədə jurnalist sevgilisi tərəfindən güllələnib.

Milli.Az xəbər verir ki, hadisə Elazığ vilayətində baş verib. Kanal Fıratda müxbir vəzifəsində işləyən Semra Demirelli adlı qız sevgilisi Vahap Selim Çetin tərəfindən güllələnib.

Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır. Ona boynundan atəş açan şəxsin yaxınlıqdakı ərazidən meyiti tapılıb.

Hadisənin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat yoxdur.

Milli.Az qızın fotolarını təqdim edir:

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
35
milli.az

1Mənbələr