Samux Rayon İcra Hakimiyyətinin strukturunda olan Samux Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi oktyabr ayında 600min manatdan çox tender “alış-veriş”i edib.
Samux Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi –“UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti –Abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması – Məbləğ: 153.575,47AZN
Bağlanan müqaviləyə əsasən sözügedən müəssisə avtomaşın yağı, Yağ filtiri, yanacaq filtiri, Təkər bobcat, Akumlyator və.s ilə təmin edilməlidir.
Samux Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi –“UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyətiİşıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması – Məbləğ:69.396,51 AZNBu tenderə əsasən şirkət icra orqanının tərkibindəki müəssisəni lampa, Kabel, Skop , Elektrik vilkası, İşıq plafonu işıq dirəyi üçün, Kəlbətin, izalent və.s ilə təmin etməlidir.
Bildirək ki, eyni ay və cəmi 1 həftə fərqlə icra hakimiyyətinin tərkibindəki müəssisədən 220 min manat alan şirkətin qanuni təmsilçi Fikrət Qafarov Eyvaz Oğlu, nizamnamə kapitalı 29640 AZN-dir.
Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi –“Elman” MMC –“ Samux şəhər Heydər Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri “ – Məbləğ: 387.786,78 AZN.
Gəncə Müxbiri: Azər