AZ

İsveçrə şirkətinin nümayəndələri Ağstafada - Fotolar

Paytaxtımızda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən panel müzakirələr üçün Azərbaycanda işgüzar səfərdə olan İsveçrənin “iCsquared GmbH” şirkətinin prezidenti Zoltan Ştuçlikin başçılıq etdiyi nümayəndə heyəti Ağstafa rayonuna səfər edib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov nümayəndə heyətini aparatın inzibati binasında qəbul edib. COP29-da iştirak edən xarici qonaqlar, Azərbaycanın təşkilatçılıq qabiliyyətinin, qonaqpərvərliyinin və peşəkarlığının ən yüksək səviyyədə olduğunu vurğulayıblar. Seymur Orucov ölkələrimiz arasında mövcud olan müsbət siyasi və iqtisadi münasibətlərdən söz açaraq şirkətin Ağstafada icra edəcəyi beynəlxalq layihələrin ümumilikdə bölgəmizin aqrar sahəsinin inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ABAK-da (Ağstafa Beynəlxalq Aqro – klasterlər) “VASSERŞTAYN” İsveçrə- Azərbaycan Plantasiyaları çərçivəsində həyata keçiriləcək layihələr çərçivəsində ayrılacaq torpaq sahələri, özünüməşğulluğun təmin edilməsi məqsədi ilə işlərə yerli sakinlərin cəlb olunması, suvarmaya əlçatanlıq, maşın-mexanizmlərdən istifadə, anbarlama və sair bu kimi vacib məsələlər müzakirə olunub. Qonaqlara Azərbaycanın milli-mənəvi dəyərlərini təcəssüm etdirən hədiyyələr təqdim olunub.

Sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub, ağstafalı mədəniyyət və incəsənət nümayəndələri qonaqlar üçün klassik və miili musiqilərimizdən nümunələr ifa ediblər.

ABAK-da (Ağstafa Beynəlxalq Aqro-Klasterlər) “VASSERŞTAYN” İsveçrə-Azərbaycan Plantasiyaları çərçivəsində həyata keçiriləcək beynəlxalq layihələrə start verilməsi məqsədi ilə Ağstafa rayonuna 1 günlük işgüzar səfəri.

ABAK çərçivəsində həyata keçiriləcək “VASSERŞTAYN” İsveçrə-Azərbaycan Plantasiyaları üçün ayrılacaq torpaqlar, suvarmaya əlçatanlıq, maşın-mexanizmlərdən istifadə, anbarlama və s., yerli işçi heyətin cəlb olunması məsələləri, VASSERŞTAYN LOPAFA (Yerli Tərəfdaş Fermerlər) Proqramı və digər mövzular müzakirə olunacaq.

Muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin olunması, idxaldan asılılığın azaldılması, həmçinin ixrac potensialının artırılması qarşıda duran əsas məsələlərdəndir. Naxçıvanın təbii iqlim şəraiti müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli olduğundan bu sahə xarici investorların da diqqətini çəkir.

Hazırda İsveçrənin “iCsquared GmbH” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarında yerfıstığı əkini aparılır. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, şirkət əkin apardığı ərazilərdə sudan səmərəli və qənaətlə istifadənin təşkili üçün müasir suvarma sistemlərinin tətbiqi istiqamətində işlərə də başlayıb. Yerfıstığı istiyə davamlı bitki olsa da, bitkinin mövsümi su ehtiyacı 500-700 mm arasındadır. Buna görə də, müasir suvarma sistemlərinin yaradılması həm suya qənaət baxımından, həm də əkilən sahələrin aqrotexniki qaydalara uygun olaraq suvarılmasına imkan verir.

Məlumatda qeyd olunur ki, şirkət yerfıstığı ilə yanaşı, bu il kartof və qar-ğıdalı əkinləri də həyata keçirib. Növbəti mərhələdə isə qulançar əkininin aparılmasını planlaşdırılır. Belə layihələrin həyata keçirilməsi yerli sakinlərin də mövsümi işlərə cəlb olunmasına, özünüməşğulluğun təmin edilməsinə şərait yaradır.

Səfərdə iştirak edəcək şəxslər - Cənab Zoltan Ştuçlik, Prezident, “İCsquared GmbH” (İsveçrə vətəndaşı), xanım Camel Nampiyya, Vitse-Prezident, “iCsquared GmbH” (Uqanda vətəndaşı), Ayaz Bayramov, Baş icraçı direktor, “İCsquared GmbH” (Azərbaycan vətəndaşı), Emin Quliyev, İqtisadiyyat Nazirliyi (“VASSERŞTAYN” İsveçrə-Azərbaycan Plantasiyaları İqtisadiyyaT Nazirliyi tərəfindən əlaqələndiricisi), Sərxan Quliyev, Baş Direktor, “İlyasoğulları” MMC (“iCsquared GmbH” şirkətinin “VASSERŞTAYN” İsveçrə-Azərbaycan Plantasiyalarının yerli tərəfdaşı), Oktay Kurt, Baş aqronom, “İCsquared GmbH Azerbaijan” (Türkiyə vətəndaşı), Cengiz Həşimov, Yerli Tərəfdaş Fermer.










Seçilən
25
3
qafqazinfo.az

5Mənbələr